Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçı ölkələri məlum olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb. Son olaraq, xüsusi dəvətlə çempionata Küveyt qatılacaq.
Xatırladaq ki, iyunun 7-dən 13-dək Binə Atçılıq Mərkəzində keçiriləcək dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.