RU

Bu hallarda kolların kəsilməsinə görə icazə istənilməyəcək

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd təsərrüfatı torpaqlarında kolların kəsilməsi üçün icazə tələbi ləğv olunur və yalnız əvvəlcədən məlumatlandırma kifayət edəcək.Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsində əksini tapıb. 

Belə ki, layihəyə əsasən, qanuna yeni anlayışlar əlavə olunur. “Ağac” və “kol” anlayışları ayrıca izah edilir. Eyni zamanda yaşıllıqların götürülməsi dedikdə, onların kökündən çıxarılması ilə yanaşı, bərpa edilmədən kəsilməsi də daxil edilir.

Dəyişikliklərə görə, ağac və kol bitkilərinin yerüstü və yeraltı mühəndis-kommunikasiya xətlərinə mane olduğu hallarla yanaşı, məqsədli təyinatı əkin və çoxillik əkmələr olan kənd təsərrüfatı torpaqlarında yerləşən yaşıllıqların kənd təsərrüfatı fəaliyyətinə mane olduğu hallarda da onların götürülməsinə icazə veriləcək.

Layihəyə əlavə edilən yeni müddəaya əsasən, bu hallarda kolların kəsilməsi üçün əvvəlcədən icazə alınması tələb olunmur, yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməsi kifayət edir. Ərizəçi tərəfindən kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotosu, yayıldığı ərazinin ölçüsü, kəsilməni zəruri edən hal, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, fiziki şəxs olduqda şəxsiyyət məlumatları və FİN, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda vergi uçotuna alınmanı təsdiq edən sənəd, hüquqi şəxs olduqda isə dövlət reyestrindən çıxarış təqdim edilməlidir.

Eyni zamanda, ərizəçi tərəfindən yalan və ya təhrif olunmuş məlumatların verilməsi qadağan edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən 10 təqvim günü ərzində kolların kəsilməsinə dair etiraz təqdim edilmədiyi halda, ərizəçi bu prosesi həyata keçirə bilər. Etiraz verildiyi halda isə bu qərar normativ hüquqi aktlara istinadla əsaslandırılmalı və pozulan tələblər konkret göstərilməlidir.

Digər dəyişikliklərə əsasən, yaşıllıqların götürülməsi zamanı bərpa dəyərinin ödənilməsi ilə bağlı qaydalara da düzəliş edilir. Belə ki, əvvəlki hallarla yanaşı, kənd təsərrüfatı fəaliyyətinə mane olan və qanunun 13.1.7-ci maddəsində nəzərdə tutulan hallarda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
modern.az

1Источники