RU

Türkiyədə skandallı matç: Oyunu satdılar

Türkiyə Həvəskarlar Liqasında qalmaqallı matç gündəm olub.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Kurtalanspor”la “Şırnak Petrolspor” arasında keçirilən oyunda qonaq komanda rəqibinə bilərəkdən uduzduğu iddia edilib. 

Belə ki, “Şırnak Petrolspor” 4:1 qələbə qazanarkən klubun prezidenti Sedat Ceylan ehtiyat oyunçular skamyasına yaxınlaşaraq matçı uduzmalı olduqları barədə baş məşqçiyə göstəriş verib. 

Baş məşqçi Hüseyin Batur isə etdiyi dəyişikliklərlə komandanın əsas oyunçularını meydandan çıxarıb. Nəticədə “Kurtalanspor” son 25 dəqiqədə 4 qol vuraraq 5:4 hesablı qələbəyə sevinib. 

Qarşılaşmadan sonra “Şırnak Petrolspor” futbolçuları baş məşqçinin oyun satdığını bildirən açıqlamalar yayıblar. 

Избранный
3
2
cebheinfo.az

3Источники