RU

Cənubi Qafqazda güc savaşı: Makronun Əliyevlə “telefon planı”nın arxasında nə var?

Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makronun səsləndirdiyi fikirlər regionda yeni diplomatik aktivliyin fonunda müzakirə olunur. O, Bakıda saxlanılan və Azərbaycan tərəfindən müharibə cinayətlərinə görə məhkum edilən separatçı fiqurlar məsələsini Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcəyini, səfərdən sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə də telefon əlaqəsi quracağını bildirib.

Publika.az-la söhbətində mövzuya münasibət bildirən Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, Makronun bu addımı daha çox Fransanın Cənubi Qafqazda zəifləyən təsirini kompensasiya etmək cəhdi kimi görünür.

Makronun planı və Parisin Cənubi Qafqaz hədəfləri

Onun sözlərinə görə, Paris Avropa İttifaqı daxilində siyasi çəkisini qorumağa çalışsa da, regionda ardıcıl olaraq mövqe itirir:

“Biz anlamalıyıq ki, Makronun bu cür fəallığı təsadüfi deyil. Fransa, ümumilikdə Avropa İttifaqının siyasi mərkəzlərindən biri kimi, Cənubi Qafqaz kimi həssas bölgədə təsir imkanlarını getdikcə itirdiyini görür. Gürcüstanda bu cəhdlər gözlənilən nəticəni vermədi, hətta yüksək səviyyəli əlaqələrə baxmayaraq Fransanın orada siyasi təsiri artmadı. İndi əsas diqqət Ermənistana yönəlib. Çünki ABŞ-ın, xüsusilə Tramp dövrünün ritorikasını, eləcə də Rusiyanın bölgədəki fəallığını nəzərə alaraq, Avropa özünə yeni nüfuz dayaqları axtarır”.

Избранный
20
publika.az

1Источники