ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 may, AZƏRTAC
Bu gün saat 11 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili “TIR”la toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mercedes”in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Müxbir – Rəşad Türkoğlu




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.