RU

Paşinyan 2028-ci ildə Azərbaycana səfər edə biləcəyini açıqlayıb


Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycana səfər edə biləcəyini açqıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə mayın 4-də keçirilən 8-ci Avropa Siyasi Birliyi sammitinin plenar iclasında çıxışı zamanı danışıb.
Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq, uzaqdan da olsa, Ermənistanda keçirilən tədbirdə iştirak edir. Onun sözlərinə görə, bu, regionda dialoq baxımından əhəmiyyətli addımdır.
Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyirlər.
Paşinyan çıxışında Türkiyə ilə münasibətlərə də toxunub. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ilk görüşü Praqada keçirilən Avropa Siyasi Birliyinin ilk sammiti çərçivəsində baş tutub.
Избранный
2
1
yeniavaz.com

2Источники