RU

Tehran Vaşinqtona sərt cavab verdi: “Təhdid dili işləmir”

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İran XİN sözçüsü ABŞ-yə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin “Azadlıq Layihəsi” planına münasibət bildirib.

Məlumata görə, o, ABŞ-nin İranla güc və təhdid dili ilə danışa bilməyəcəyini öyrəndiyini deyib.

Bildirilib ki, Bəqai bazar ertəsi günü keçirilən həftəlik mətbuat konfransında çıxış edərək, İranın Hörmüz boğazında milli maraqlarını qorumağa tam hazır olduğunu vurğulayıb.

Qeyd olunub ki, o, həmçinin İranın "Xatəm əl-Ənbiya Mərkəzi" Qərargahının komandanının əvvəlki açıqlamasına istinad edərək, Vaşinqtonun humanitar iddialarının qəbul olunmadığını və ABŞ-nin keçmiş səhvlərini təkrarlamaqla “öz yaratdığı böhrandan” çıxa bilməyəcəyini bildirib.

Məlumata görə, sözçü ABŞ-nin İranla təhdid və məcburiyyət yolu ilə danışıqlar apara bilməyəcəyini qeyd edib və İranın Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində əsas rol oynadığını vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
redaktor.az

2Источники