AĞDAŞ, 5 aprel. TELEQRAF
Ağdaşda ağır yol qəzası olub, ölən var.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu Ləki qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı yük avtomobili TIR-la toqquşub, nəticədə “Mercedes”in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.