RU

ABŞ-də bloqer aviaşirkəti xilas etmək üçün 22 milyon dollar topladı

ABŞ-də yanacaq böhranı səbəbindən bağlanan "Spirit Airlines" aviaşirkətini xilas etmək üçün bir bloqer 22 milyon dollar toplayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
 
Məlumata görə, kampaniyanın məqsədi özəl investisiya şirkətləri aktivləri əldə edərək, ictimai kooperativə çevrilməzdən əvvəl aviaşirkətin səhmlərini satın almaq olub.
 
Bloqerin sözlərinə görə, o, nahar etməyə gedib-qayıtdığı müddətdə hesabda artıq 2,3 milyon dollardan çox vəsait toplanıb. İanə toplamaq üçün yaradılan rəsmi veb-sayt istifadəyə verildikdən qısa müddət sonra həddindən çox yüklənmə səbəbindən çöküb. Sayt bağlanmazdan əvvəl kampaniya çərçivəsində 36 605 nəfərdən 22 816 377 dollar məbləğində ianə toplanıb.
 
İndi bloqer sövdələşməni tam həyata keçirmək və insanlara yatırdıqları pulları qaytarmaq üsulunu araşdırır.
 
Qeyd edək ki, dünyanın ən kiçikbüdcəli aviaşirkəti olan "Spirit Airlines" qəfil fəaliyyətini dayandıraraq, mayın 1-dən 2-nə keçən gecə bütün reysləri ləğv edib. Şirkətin bağlanmasının əsas səbəbi İrandakı müharibə fonunda yanacaq qiymətlərinin artması ilə bağlı maliyyə çətinlikləri olub.
 
Избранный
32
moderator.az

1Источники