RU

Qlobal bazarda neft rallisi: Bakı neftinin qiyməti belədir

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti yüksək səviyyələrdə qalmaqda davam edir.

Musavat.com xəbər verir ki, son hərracların nəticələrinə görə, "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti cüzi azalaraq 122,26 ABŞ dolları təşkil edib. Qiymətlərdəki kiçik tərəddüdlərə baxmayaraq, Azərbaycanın "qara qızıl"ı beynəlxalq bazarlarda öz sabitliyini və dəyərini qoruyur.

Qeyd edək ki, "Azeri Light" neftinin dünya bazarındakı cari qiyməti Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan 65 ABŞ dolları proqnozundan təxminən iki dəfə yüksəkdir. Bu fərq ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi göstəricilərin müsbət dinamikasına birbaşa təsir göstərir.

Müqayisə üçün bildirək ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar müvəqqəti), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Hazırkı qiymət artımı tempi qlobal enerji tələbatının yüksəlməsi və təklif zəncirindəki gərginliklərlə əlaqələndirilir.

Musavat.com

Избранный
16
musavat.com

1Источники