RU

Körfəzdə “enerji müharibəsi” qızışır

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Körfəzin ən böyük neft istehsalçılarından olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji siyasətində köklü dəyişiklik edərək əvvəlcə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə “OPEC plus”-dan daha sonra isə Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatından (OAPEC) ayrıldığını elan edib.

"Cebheinfo.az" xəbər verir ki, BƏƏ-nin bu strateji addımı 2026-cı ilin may ayının ilk günlərində ard-arda verilən açıqlamalarla ictimaiyyətə çatdırılıb.

Ölkə 28 aprel tarixində təxminən 60 illik üzvlüyünü sonlandıraraq OPEC ilə “OPEC plus”-dan ayrılacağını bildirmişdi. Bu qərardan dərhal sonra isə 1968-ci ildən üzvü olduğu regional ərəb təşkilatı OAPEC-dən də çıxdığını açıqladı.

Məsələ ilə bağlı rəsmi bildiriş BƏƏ-nin Enerji və İnfrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui tərəfindən təşkilatın hazırkı sədrinə təqdim olunub və ayrılma prosesinin 2 may 2026-cı il tarixindən etibarən tamamlandığı bildirilib.

BƏƏ-nin bu radikal qərarının arxasında neft hasilatı gücünü tam şəkildə öz nəzarətində istifadə etmək istəyi dayanır. Ölkə uzun müddətdir OPEC tərəfindən ona ayrılan kvotaları kifayət etməyən hesab edir və milyonlarla barel əlavə hasilat potensialını işə salmaq istəyirdi.

Enerji naziri əl-Məzrui qərarın yalnız iqtisadi deyil, həm də siyasi səbəblərlə bağlı olduğunu qeyd edib. Xüsusilə bölgədə gərginliyin artdığı bir dövrdə, Fars körfəzində əsas ixrac marşrutlarını məhdudlaşdıran amillər BƏƏ-ni öz strateji prioritetlərini müəyyənləşdirməkdə daha qətiyyətli edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
cebheinfo.az

2Источники