RU

Hər mətbəxtdə olan populyar mətbəx cihazı qadağan edilə bilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqının “PFAS” adlı qalıcı kimyəvi maddələrlə bağlı yeni tənzimləmələri son illərin ən populyar mətbəx cihazlarından biri olan hava qızartma maşınlarını (air fryer) gündəmə gətirib. Demokrat.az xəbər verir ki, yapışmayan örtüklərdə istifadə olunan bəzi kimyəvi maddələrə görə müəyyən modellərin qadağan edilə biləcəyi bildirilir.PFAS (perfloroalkil və polifloroalkil maddələr) təbiətdə çox yavaş parçalanan və buna görə “əbədi kimyəvilər” adlandırılan maddələr qrupudur. Bu maddələrin torpaq, su və insan orqanizmində toplana biləcəyi qeyd olunur. Mütəxəssislər bəzi PFAS növlərinin hormonal sistemə təsir göstərə biləcəyi, immun problemlər yarada biləcəyi və bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.Müzakirələrin ev texnikasına aid hissəsində xüsusilə hava qızartma maşınları ön plana çıxır. Problemin əsas səbəbi kimi bir çox modeldə istifadə olunan yapışmayan daxili örtüklər göstərilir.Sənaye nümayəndələri mümkün qadağanın məişət texnikası bazarında ciddi dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər. Alternativ materialların hələ tam inkişaf etmədiyi, bu səbəbdən yeni məhsulların həm daha bahalı, həm də daha yavaş hazırlanacağı qeyd olunur.Bununla yanaşı, bazarda PFAS tərkibli olmayan yeni hava qızartma maşınları də satışa çıxarılır. Xüsusilə keramika örtüklü modellər daha təhlükəsiz hesab olunur və təmizlənməsi daha asandır. Lakin bəzi testlərdə bu modellərin istilik nəzarəti və bişirmə performansının dəyişkən ola biləcəyi bildirilir.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
demokrat.az

1Источники