RU

PSJ Fransa millisinin üzvünü satacaq - MƏBLƏĞ

PSJ rəhbərliyi yarımmüdafiəçi Randal Kolo Muani ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, Fransa millisinin üzvü baş məşqçi Luis Enrikenin gələcək planlarına daxil deyil. Mənbə orta xətt oyunçusunun bu yay satılacağını bildirib. Paris klubunun hazırda icarə əsasında "Tottenhem"də çıxış edən 27 yaşlı futbolçunu 40 milyon avroya satmağı hədəflədiyi vurğulanıb.

Cari mövsüm London komandasının heyətində 37 matça çıxan Randal Kolo Muani 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun icarə müqaviləsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.

Nihat

Избранный
5
fanat.az

1Источники