RU

“Puxaç uğur qazanır” – Polşalı ekspert “Sabah”ın futbolçusunu müdafiə etdi

Timoteuş Puxaçın ötən yay “Sabah”a gəlməsi Polşada hələ də müzakirə olunan məsələlərdəndir.

Msport.az xəbər verir ki, yerli ekspert Bartoş Qlen “Kanal Sportowy”da 27 yaşlı futbolçunun qərarını dəstəkləyib.

Almaniyanın “Holteyn Kiel” klubu ötən yay yarımmüdafiəçini “bayquşlar”a icarəyə verib. Həmin vaxt Puxaç karyerasını vətənində “Katovitse”də davam etdirməyə yaxın olub. Lakin son anda fikirini dəyişən futbolçu Azərbaycana gəlməyə üstünlük verib. Komandanın aparıcı üzvünə çevrilən Puxaç 12 məhsuldar ötürmə ilə “Sabah”ın çempionluğunda vacib rol oynayıb.

“Puxaçın yenilikləri qəbul etməyə cəsarəti var. O, yaxşı mənada macəra axtarır. Kimsə deyə bilər ki, onun karyerası daha yaxşı alına bilərdi. Lakin Puxaç uğur qazanır” – polşalı jurnalist Bartoş Qlen belə deyib.

 

 

Избранный
24
msport.az

1Источники