RU

Bakı Xırdalan Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? RƏSMİ AÇIQLAMA

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.

 

MÖVZU İLƏ BAĞLI:Bakı-Sumqayıt yolunda tıxacların üç əsas SƏBƏBİ – Nə vaxt həllini TAPACAQ?

Bəs, Xırdalan-Sumqayıt dəmir yolu xətti nə zaman açılacaq?Bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, tunelin tikintisi yekunlaşmaq üzrədir:““Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası başa çatdırıldıqdan sonra Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpası ilə əlaqədar işlərə başlanılacaq”.Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
bizim.media

3Источники