RU

Zelenski: "Ukrayna dronları Moskvada 9 May paradında uça bilər"

Ukrayna dronları Moskvada 9 May paradında uça bilər.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında deyib.

“Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”, – Zelenski bildirib.

Zelenski qeyd edib ki, bu il Moskva paradında hərbi texnikanın nümayiş olunmaması Rusiyanın əvvəlki illərlə müqayisədə gücünün azaldığını göstərir.

Onun sözlərinə görə, bu yay Rusiya Prezidenti Vladimir Putin müharibənin gələcək istiqaməti barədə qərar verməli olacaq, ya müharibəni davam etdirmək, ya da diplomatik yola keçmək. Ukrayna lideri Kremli diplomatik yolu seçməyə məcbur etməyin lazım olduğunu vurğulayıb.

"Cebheinfo.az"

Избранный
1
6
cebheinfo.az

10Источники