Ajans.az xarici mediaya istinadən xəbər verir ki, onun meyiti səhər saat 7 radələrində yaxınları tərəfindən tapılıb. SSRİ kimyəvi müdafiə qoşunlarının sabiq rəisinin 87 yaşı var idi. İlkin ehtimallara görə, onun intihar etdiyi güman edilir. Stanislav Petrov Sovet İttifaqında kimyəvi müdafiə qoşunlarının formalaşmasında mühüm rol oynayıb. O, 1959-cu ildən bu sahədə xidmət edib, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib.