RU

İran ordusu Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmisinə raket zərbələri endirib - YENİLƏNİB

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmilərindən birinə raket zərbələri endirib.

“Fars”ın xəbərinə görə, atılan iki raket hədəfə dəyib.

Bildirilib ki, ABŞ hərbi gəmisinin xəbərdarlıqlara məhəl qoymamasından sonra raket zərbəsi endirilib.

“Bundan sonra gəmi geri qayıtmağa məcbur olub”, - məlumatda qeyd olunub.

Hadisə nəticəsində hər hansı tələfatla bağlı məlumat yoxdur.

***

13:53

ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb.

İran mediasının xəbərinə görə, bu barədə İran ordusu məlumat yayıb.

Bildirilib ki, yaxınlaşan hərbi gəmilərə sürətli və sərt xəbərdarlıq olunub.

Detalların sonradan açıqlanacağı əlavə edilib.

Избранный
36
5
apa.az

10Источники