ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Xarici silahlı qüvvələr, xüsusən də ABŞ hərbçiləri Hörmüz boğazına yaxınlaşarsa, İran qüvvələrinin hücumuna məruz qalacaqlar.
Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandiri Əli Abdullahi deyib.
"Bu su yolunun təhlükəsizliyinə nəzarət İranın əlindədir. Bütün ticarət gəmiləri və neft tankerləri təhlükəsizliklərini qorumaq üçün bölgədə yerləşən qüvvələrlə əlaqələndirilməmiş tranzitdən çəkinməlidir", - Abdullahi bildirib.
Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.