Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"İncəsənət adamı ilə yaşamaq çətindir. Amma biz hər zaman bir-birimizə anlayış göstərmişik. Ailə həyatı elədir ki, insan çox şeyi güzəştə getməyi bacarmalıdır. Buna görə də Natiq bəyi çox qiymətləndirirəm. O da mənə çox güzəşt edib. Elə buna görə həyat maraqlı olur".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Natiq Fərzəliyevin həyat yoldaşı Nərgiz "Bir gün" proqramında deyib. O, ailə həyatlarından danışıb:
"Mənim üçün çətin heç nə olmayıb. Çox gözəl insandır. Ailəmdə ərköyün böyümüşdüm, ev işi də görmürdüm. Hətta ailə quranda bacılarım deyirdi ki, həftədə bir dəfə gəlib evini təmizləyib, yeməyini bişirəcəyik. Natiq isə ailə quranda məni altadmışdı ki, evdə olmayacağıq, hər gün gəzəcək, qonaq gedəcək, restoranlarda olacağıq.
Bir dəfə yemək hazırladım, sonra gördüm bacım gəlib dedi ki, zəhmət olmasa, yeməyini bişir. Natiq mənə iş görməyi öyrətdi, hər şeydə yanımda oldu. Buna görə də xoşbəxt oldum. Yoldaşımı çox qiymətləndirirəm.
Toyumuzda "Vağzalı" çalınmamışdı. Amma Natiq 40 illik yubileyində restoranda dedi ki, heç kim durmasın, yoldaşımla rəqs edəcəyəm. Natiq mənə onunla bir dünyanı bağışladı. Həmişə arzulayıram ki, daim bir yerdə olaq".
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.