RU

İztirab Sülhiyyə Şirinovanın hekayəsi

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün yazıçı Sülhiyyə Şirinovanın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun "İztirab" adlı qısa hekayəsini təqdim edir.

Onun oğlu ölmüşdü. Eşidən hər kəs – illərlə qapısını açmayan qohumlar belə gəlmişdi. Hərənin əlində 2-3 kilo kartof, makaron olan şəffaf sellofanlar var idi.

Torbaları qadının girişində dayanan bacısına verib içəri keçirdilər. Yandakı torpaq döşəməli otaqda kartof sellofanlarının əlindən addım atmağa yer yox idi.

Başsağlığına gələnlər suvağı tökülmüş, köhnə palazlar döşənən otağa yığılırdılar.

O, odun sobasının yanında büzüşüb oturmuşdu. Bu iki gündə o qədər balacalaşmışdı ki, otağa girənlər əvvəlcə o yana-bu yana baxıb onu axtarırdılar.

Dayanmadan divardakı bir nöqtəyə baxırdı. Baxışları donuq idi.

Heç kim danışmırdı. Arada qohum qadınlar ağlayırmış kimi burunlarını çəkirdilər.

Qəfildən ayağa qalxdı. Sürətlə torpaq döşəməli otağa girib hər iki əli ilə ordakı kartof sellofanları götürüb gücü çatdığı qədər çölə atdı. Və o cılız bədəninə uyğun gəlməyən səslə hayqırdı: hamınız durun, rədd olun evimdən.

Adamlar çaşqın və qorxu içində tələsik otağı tərk etdilər. Bacısı onu qucaqlamaq, dayandırmaq istədi, amma etmədi.

Bakıda “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açıldı

Vətən yaraları - Mir Cəlalın hekayəsi

Fransa keçmiş müstəmləkələrdən aparılmış mədəni sərvətləri geri qaytaracaq

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
kulis.az

2Источники