RU

Tramp: “Azadlıq layihəsi” Vaşinqtonun İrana humanitar jestidir

ABŞ bazar ertəsi günündən etibarən Hörmüz boğazında ilişib qalan gəmilərə yardım göstərməyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu əməliyyatı “Azadlıq layihəsi” adlandırıb. O bildirib ki, layihə münaqişəyə cəlb olunmayan ölkələrin xahişinə cavabdır. “Nümayəndələrimə tapşırmışam ki, onlara gəmilərini və heyətlərini boğazdan təhlükəsiz şəkildə çıxarmaq üçün hər cür səy göstərəcəyimizi bildirsinlər”, - Ağ Evin başçısı “Truth Social” şəbəkəsində belə yazıb. Onun sözlərinə görə, layihə Vaşinqtonun Yaxın Şərq ölkələrinə, xüsusən İrana humanitar jestidir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında kommersiya gəmiləri üçün naviqasiya azadlığını bərpa etməyi hədəfləyən “Azadlıq layihəsi”nə dəstəyini təsdiqləyib. Bunun üçün idarəolunan raket esminesləri, 100-dən çox təyyarə, çoxməqsədli pilotsuz platformalar və 15 min əsgər cəlb olunacağı bildirilir.

ABŞ Prezidenti, həmçinin xəbərdarlıq edib ki, humanitar prosesə maneçilik törədildiyi təqdirdə güc tətbiqi lazım gələcək.

Избранный
10
2
azerbaijan-news.az

3Источники