RU

Tehrandan "düşmən" gəmilərinə kəskin maneə – Bölgədə müharibə rüzgarı

Hörmüz boğazında İran və ABŞ hərbi dəniz qüvvələri arasında gərginlik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin qətiyyətli və operativ müdaxiləsi nəticəsində ABŞ və İsrailə məxsus esmineslərin boğaza daxil olmasının qarşısı alınıb.

İran dövlət teleradio şirkətinin yaydığı rəsmi məlumatda bildirilir ki, "düşmən qüvvələrin" strateji əhəmiyyətli Hörmüz boğazına girmək cəhdi uğursuzluqla nəticələnib.

İran tərəfi bu addımı bölgənin təhlükəsizliyini qorumaq məqsədilə atdıqlarını və hər hansı təhdidə qarşı dərhal cavab verəcəklərini bəyan edib.

Bu insident onsuz da gərgin olan beynəlxalq sularda vəziyyəti daha da mürəkkəbləşdirib.

Musavat.com

Избранный
28
musavat.com

1Источники