RU

ABŞ Trampın planına əsasən Hörmüz boğazına hava qüvvələri və 15.000 əsgər yerləşdirəcək

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Trampın planına əsasən Hörmüz boğazına hava qüvvələri və 15.000 əsgər yerləşdirəcək

ABŞ Hörmüz boğazında ilişib qalmış gəmiləri azad etmək üçün rəsmi olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb. "Azadlıq Layihəsi" adlandırılan bu əməliyyat artıq ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilib. Bu barədə Oxuməni.az sosial media platforması X-də CENTCOM-un paylaşımına istinadən məlumat verib.

Pentaqon prezidentin missiyasını yerinə yetirmək üçün görünməmiş qüvvələr yerləşdirir. Məlumata görə, missiyaya 15.000 hərbçi cəlb olunacaq. Hava dəstəyi 100-dən çox müasir təyyarə və raketlə təchiz olunmuş esmines tərəfindən təmin ediləcək.

Maraqlı bir detal: Tramp açıqlamasında neytral gəmilərə yardımdan, "humanitar jest"dən danışıb, lakin CENTCOM-un bəyanatında hansı gəmilər göstərilmədən "naviqasiya azadlığının bərpası"ndan bəhs olunur.

Hərbi bəyanatda qeyd olunur ki, "ABŞ Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazından kommersiya gəmiçiliyi üçün naviqasiya azadlığını bərpa etmək məqsədilə 4 mayda Azadlıq Layihəsinə dəstək verməyə başlayacaq".

Dünən gecə Tramp boğazda gəmiləri ilişib qalan ölkələrin onunla əlaqə saxladığını açıqladı. ABŞ lideri vurğuladı ki, bunlar neytral gəmilərdir, lakin onların heyətləri təminatın olmaması səbəbindən çətin vəziyyətdədir. Buna görə də Ağ Ev rəhbəri əməliyyatın başlandığını elan etdi.

Bunun ardınca İran ABŞ-a xəbərdarlıq etdi ki, Amerikanın Hörmüz boğazının yeni dəniz rejiminə hər hansı bir müdaxiləsi atəşkəsin pozulması hesab ediləcək. Müvafiq açıqlamanı İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri verib.

Əziz MUSTAFA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
oxumeni.az

2Источники