RU

Bakıda parkda xuliqanlıq edən 37 yaşlı kişi həbs edildi

BAKI, 4 may. TELEQRAF

Bakının Xətai rayonunda parkda dava salan 37 yaşlı kişi həbs edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Y.Səfərov küçəsində yerləşən “Sevgilim” parkında baş verib.

Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Məmmədov (ad-soyad şərti verilib – red.) səs-küy salıb, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə ittiham elan edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Məmmədov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Избранный
15
teleqraf.com

1Источники