RU

DSMF-nin nümayəndə heyəti əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edib  

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Qazaxıstanda bu ölkənin Dövlət Sosial Sığorta Fondunun (DSSF) təşkilatçılığı ilə keçirilən əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, konfransda DSMF-nin İdarə Heyəti sədrinin müavini Əli Mövsümov “Azərbaycanda sosial sığorta sisteminin rəqəmsal transformasiyası” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə sosial təminat sahəsində tətbiq edilən ən son innovativ həllər, sosial xidmətlərin tam elektronlaşdırılması və proaktiv təyinat mexanizmlərinin üstünlükləri barədə məlumat verib.

Xarici və yerli qonaqların iştirak etdiyi konfransda DSMF ilə DSSF arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Səfərin ikinci günü DSMF, DSSF, Qazaxıstanın Vahid Yığım Pensiya Fondu (VYPF) və Əmək Resurslarının İnkişafı Mərkəzinin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə sosial müdafiə və pensiya təminatı sahəsində qarşılıqlı təcrübə və məlumat mübadiləsi aparılıb, habelə DSMF-nin əməkdaşları tərəfindən ölkəmizin pensiya və sosial sığorta sistemi, bu sahədə uğurla həyata keçirilən islahatlar və tətbiq olunan innovativ rəqəmsal həllər barədə təqdimatlar edilib.

VYPF ilə görüşdə DSMF və bu qurum arasında ötən il Bakıda imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun tətbiqinə dair Tədbirlər Planı imzalanıb.

Избранный
1
1
azerbaijan-news.az

2Источники