RU

Süfrədəki ağ ölüm : Fərqində olmadan özünüzü zəhərləyirsiniz!

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gündəlik qidalanma vərdişlərimiz fərqində olmadan sağlamlığımızı ciddi şəkildə təhdid edir.Demokrat.az xəbər verir ki, mütəxəssis Berrin Yiğit "Hürriyet" qəzetindəki məqaləsində duz istehlakı ilə bağlı mühüm xəbərdarlıqlar edib.Görünməyən duz yükü: Paketlənmiş qidalarÇoxumuz "yeməyə çox duz atmıram" deyərək özümüzü sığortaladığımızı düşünürük. Lakin reallıq tam başqadır. Gündəlik qəbul etdiyimiz sodyumun böyük hissəsi süfrədəki duzdan deyil, hazır və paketlənmiş qidalardan gəlir. Pendir, çörək, hazır şorbalar, souslar və hətta şirin hesab etdiyimiz bəzi qəlyanaltıların tərkibində ciddi miqdarda "gizli duz" var. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir!Qurumun tövsiyəsinə görə, gündəlik duz istehlakı 5 qramı (təxminən bir çay qaşığı) keçməməlidir. Bu normanın aşılması qan təzyiqinin yüksəlməsinə, nəticədə isə ürək-damar xəstəlikləri riskinin artmasına səbəb olur. Duzdan imtina etmək çətindir? - Çıxış yolları:Yeməkləri duzsuz da dadlı etmək mümkündür. Mütəxəssis bunun üçün bir neçə sadə üsul təklif edir:Ədviyyatlara üstünlük verin: Kəklikotu, istiot, sarıkök və sarımsaq yeməyin dadını zənginləşdirir.Limon və sirkə möcüzəsi: Turş dadlar duza olan ehtiyacı azaldır.Etiketləri oxuyun: Alış-veriş zamanı məhsulların tərkibindəki sodyum miqdarına mütləq diqqət yetirin. Unutmayın ki, damaq dadı dəyişə bilən bir vərdişdir. Cəmi bir neçə həftə az duzlu qidalansanız, bədəniniz bu rejimə öyrəşəcək və artıq duzlu yeməklər sizə xoş gəlməyəcək.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
demokrat.az

1Источники