RU

Azərbaycanın altı cüdoçusu dünya reytinqinin ilk beşliyində in İCMALI

ain.az, Idman.biz saytına istinadən bildirir.

Altı azərbaycanlı cüdoçu yenilənmiş dünya reytinqinin ilk beşliyində yer alıb.

İdman.Biz-in məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) 4 may tarixinə olan dünya reytinqini açıqlayıb.

60 kq çəki dərəcəsində çıxış edən Bəlabəy Ağayev (3658 xal) dünya reytinqində birinci yerdən dördüncü pilləyə enərək ilk beşlikdə yerini qoruyub. 66 kq çəki dərəcəsində Ruslan Paşayev (3593 xal) beşinci yerini saxlayıb. 73 kq çəki dərəcəsində isə olimpiya çempionu Hidayət Heydərov (4046 xal) ilk beşliyi tamamlayır.

81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev (3562 xal) bir pillə geriləyərək beşinci yerdə qərarlaşıb. Digər olimpiya çempionu Zelim Kotsoyev (100 kq, 5120 xal) isə ikinci pillədə mövqeyini qoruyur. Super ağır çəkidə Uşanqi Kokauri (3682 xal) iki pillə irəliləyərək ilk beşliyi tamamlayıb.

Yalnız 90 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi ilk beşliyə düşə bilməyib - Murad Fətiyev (2656 xal) doqquzuncu yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan cüdosunun aparıcı idmançıları sonuncu dəfə 16-19 aprel tarixlərində Tbilisidə keçirilən Avropa çempionatında çıxış edərək dörd medal qazanıblar. Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib, Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq) və Zelim Tçkayev (81 kq) isə bürünc medalın sahibi olublar.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
icma.az

1Источники