RU

ABŞ nin gizli 51 ci Sahə bazasının ərazisində bir gündə on yeddi zəlzələ baş verdi

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da 51-ci baza yaxınlığında qeyri-adi zəlzələlər qeydə alınıb.

Redaktor.az xəbər verir ki, "Daily Mail" nəşri ABŞ-nin Nevada ştatında yerləşən 51-ci məxfi hərbi baza yaxınlığında seysmik aktivliyin artdığını bildirib.

Məlumata görə, aprelin sonlarında Area 51 ətrafında ən azı 17 dayaz zəlzələ qeydə alınıb. Zəlzələlərin maqnitudası 2,5 ilə 4,4 arasında dəyişib.

Bildirilib ki, ilk və ən güclü zəlzələ aprelin 29-da 4 kilometr dərinlikdə baş verib. Daha sonra isə ondan çox zəif seysmik hadisə müşahidə olunub.

Qeyd olunub ki, geofizik Stefan Börns bu hadisəni “son dərəcə qeyri-adi” adlandırıb və belə dayaz dərinlikdə zəlzələlərin nadir baş verdiyini vurğulayıb.

Məlumata görə, hadisənin qeyri-adi xarakteri müxtəlif ehtimalların, o cümlədən gizli yeraltı nüvə sınaqları ilə bağlı iddiaların yayılmasına səbəb olub.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
redaktor.az

2Источники