RU

Dostunu küçədə döydü, iş məhkəməyə getdi Barışdılar

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan dostuna xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 2005-ci il təvəllüdlü Tamerlan küçədə Zülfü (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zülfünün alın nahiyəsindən qəsdən bir dəfə yumruq zərbəsi vurub. Faktla bağlı Tamerlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlər barışıq əldə edib. Zərərçəkəndə ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
demokrat.az

1Источники