Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Çimərlik futbolu üzrə Azərbaycan yığması mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli hazırlıq dönəmində - mayın 7-si və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.
Yığmaya dəvət edilən oyunçular aşağıdakılardır:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.