Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə, onu sabotaj etməyə üstünlük verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir: "Belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır".
İlham Əliyev qeyd edib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər milli nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib.
“Səkkiz il əvvələ qədər (Robert Köçəryan və Serj Sərkisyan dönəmlərində - red.) Ermənistan Rusiyanın peyki idi”. Bunu isə Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin İrəvanda keçirilən toplantısında deyib.
“Səkkiz il əvvələ qədər heç kim Ermənistana gəlməzdi, bu gün ölkənizə bu qədər ilk səfərlərin olması həqiqətən yaxşı göstəricidir. Çünki səkkiz il əvvəl bu ölkə de-fakto Rusiyanın peyki kimi qiymətləndirilirdi”, - Makron Ermənistan Baş naziri Nikol Paşinyana xitabla bildirib.
Fransa lideri iddia edib ki, Nikol Paşinyan səkkiz il əvvəl inqilab edərək (Serj Sərkisyanı devirərək – red.), Ermənistanı bu durumdan çıxarıb: “Bu dəyişiklik sülhü və Avropanı prioritet istiqamət kimi seçdi”.
“Ukrayna dronları Moskvada 9 May paradında uça bilər”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında deyib.
“Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”, – Zelenski bildirib. Zelenski qeyd edib ki, bu il Moskva paradında hərbi texnikanın nümayiş olunmaması Rusiyanın əvvəlki illərlə müqayisədə gücünün azaldığını göstərir.
Onun sözlərinə görə, bu yay Rusiya Prezidenti Vladimir Putin müharibənin gələcək istiqaməti barədə qərar verməli olacaq, ya müharibəni davam etdirmək, ya da diplomatik yola keçmək. Ukrayna lideri Kremli diplomatik yolu seçməyə məcbur etməyin lazım olduğunu vurğulayıb.
TV Musavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Elşad Musayevlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv