UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bayern" ilə PSJ-nin qarşılaşmasının hakimi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, görüşü portuqaliyalı referi Joao Pedro Pinheiro idarə edəcək.
Oyun 6 may tarixində Münhendə yerləşən Allianz Arena stadionunda baş tutacaq.
Pinheiro Paris təmsilçisi üçün yad sima deyil. Belə ki, o, daha əvvəl UEFA Super Kuboku çərçivəsində keçirilən oyunda da PSJ-nin matçını idarə edib. Həmin qarşılaşmada Paris klubu "Tottenhem Hotspur" üzərində 2:2 (penaltilər seriyasında 4:3) hesablı qələbə qazanaraq kuboku əldə etmişdi. Oyun 13 avqust 2025-ci ildə İtaliyanın Udine şəhərində keçirilmişdi.