ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə sakini Əliyeva Səbinə Tofiq qızı hazırda pensiya hüququnun rəsmiləşdirilməsi ilə bağlı yaranan maneələr səbəbindən pensiyaya çıxa bilmir.
Bu barədə o Gununsesi.info-ya müraciətində deyib.
Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Aztelekom” baş ofisinə göndərilən sorğuya uzun müddətdir cavab verilmədiyindən proses uzanır və bu səbəbdən pensiya rəsmiləşdirilməsi yekunlaşmır:
“Mən, Əliyeva Səbinə Tofiq qızı, 1989–2008-ci illərdə Gəncə şəhər ATS-də işləmişəm. Hazırda pensiyaya çıxmaq üçün müraciət etmişəm, lakin prosesdə müəyyən çətinliklər yaranmışdır.
Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən 02.02.2026-cı il tarixində “Aztelekom” -un baş ofisinə sorğu göndərilmişdir. Lakin bu günə qədər baş ofisdən Dövlət Sosial Müdafiə Fonduna heç bir cavab təqdim edilməmişdir.
Yaranmış vəziyyətin aradan qaldırılması və pensiya hüququmun təmin edilməsi üçün müvafiq məktubun Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə köməklik göstərilməsini xahiş edirəm”.
Məsələ ilə bağlı “Aztelekom”-a sorğu ünvanlasaq da, lakin sorğumuz cavabsız qaldı.
Afət Abbasova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.