RU

Səyyar “ASAN xidmət” Tbilisidə Azərbaycan vətəndaşlarına xidmət göstərəcək

Bakı, 4 may, AZƏRTAC

Səyyar “ASAN xidmət” Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşlarına xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 5-7-də Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi üzrə xidmətlər göstəriləcək.

Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır: appointment.mfa.gov.az/az

Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

Избранный
17
azertag.az

1Источники