RU

Avropa Parlamenti buna görə sülh prosesinə mane olur Deputat AÇIQLADI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışı zamanı Avropa Parlamentinin fəaliyyətinə tənqidi yanaşaraq bildirib ki, Avropanın bütün institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası ilə eyni mövqedən çıxış etmir. Qeyd olunur ki, son dövrlərdə Avropa Parlamenti Azərbaycanla bağlı sərt və qərəzli ifadələrin yer aldığı 14 qətnamə qəbul edib.

Bu isə sual doğurur: sülh prosesini dəstəkləməli olan bir qurum niyə əksinə, bu prosesi zəiflədən və ya sabotaj edən addımlar atır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Fariz İsmayılzadə bildirdi ki, son dövrlərdə Avropa Parlamenti Avropa Komissiyasından fərqli olaraq Azərbaycana qarşı qərəzli mövqe tutur:

"Azərbaycanı daim tənqid edir və təhdidlərlə üz-üzə qoyur. Burada əsas məsələ ondan ibarətdir ki, Avropa İttifaqı öz-özlüyündə Cənubi Qafqazla əməkdaşlığa tam maraqlıdır və buna hazırdır. Digər tərəfdən, Avropa Parlamenti populist deputatlardan, müxtəlif lobbi qrupları və erməni diasporu ilə bağlı olan deputatlardan ibarət olduğu üçün təəssüf ki, həmin siyasətə zidd gedir, həm də sülh prosesinə mane olur. Cənubi Qafqazla bağlı qəbul etdiyi qətnamələr reallığı əks etdirmir. Bu vəziyyəti təəssüflə qeyd edirik və Azərbaycan bütün bunlara adekvat cavab verir".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
redaktor.az

2Источники