RU

Rusiya səfirliyi Avstriya XİN i siyasi təxribatda ittiham etdi

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Vyanadakı səfirliyi Avstriya Xarici İşlər Nazirliyinin rus diplomatlarını persona non qrata elan etməsi qərarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, diplomatik nümayəndəlik ATƏT-dəki daimi nümayəndəliyin əməkdaşlarının da bu qərara daxil edilməsini kəskin tənqid edib.

Bildirilib ki, səfirlik Avstriya hakimiyyətinin addımını “hiyləgər və tamamilə əsassız” adlandırıb və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasına dair heç bir sübut təqdim olunmadığını vurğulayıb.

Qeyd olunub ki, rus diplomatlar bu qərarın sırf siyasi xarakter daşıdığını və ikitərəfli münasibətlərə zərər vurduğunu bildiriblər. Onlar həmçinin cavab tədbirləri görmək hüququnu saxladıqlarını qeyd ediblər.

Məlumata görə, daha əvvəl Avropa İttifaqı Rusiyanın Aİ-dəki diplomatik missiyasının heyət sayını 40 nəfərə endirmək qərarı qəbul edib. Bununla belə, Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bu addımın vaxtı ilə bağlı detalları açıqlamayıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
8
redaktor.az

10Источники