RU

“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq diqqətdədir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Mərakeş Krallığının Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sənətkarlar Evi” (“Maison de l’Artisan”) qurumunun baş direktoru Tarik Sadiqlə görüşüb.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə qonağa Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə təqdimat edilib.

Tərəflər arasında keçirilən görüş çərçivəsində “ABAD” ilə Mərakeşin “Sənətkarlar Evi” qurumu arasında əl sənətkarlığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qonaq, həmçinin İçərişəhərdə yerləşən “ABAD” etno-butiki ilə yaxından tanış olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
5
azertag.az

6Источники