RU

1 ədədi 40 manata satılır -

Türkiyənin yalnız bir vilayətində - Şanlıurfanın Halfeti rayonunda yetişən və məhdud istehsalı ilə diqqət çəkən nadir çiçək bazarlarda yüksək qiymətə satılır. Metbuat.az xəbər verir ki, təbii şəraitdə yalnız qısa yığım mövsümündə toplanan qaragül həm az tapılması, həm də yüksək tələbat səbəbilə alıcılara baha qiymətə təklif olunur.

Fərat çayının suyu ilə bəslənən bu çiçək əsrarəngiz gözəlliyi ilə seçilir. Yerli sakinlər üçün mühüm gəlir mənbəyi sayılan qaragülə fermerlərin marağı günbəgün artır. Çiçəyin bir ədədi 500 türk lirəsinə (təqribən 40 manat) satılır və məhdud miqdarda olduğu üçün qiymətlər mövsümə görə daha da artır.

Избранный
2
metbuat.az

1Источники