RU

Xırdalanda sürücü maşını keçiddən keçən piyadanın üstünə sürdü VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Abşeron rayonu, Xırdalan dairəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 1-də saat 19:58 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 90-PQ-169 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidində hərəkət edən piyadaya yol verməyib.

Kadrlardan göründüyü kimi, gənc oğlan yolu tamamlamaq üzrəykən keçidə yaxınlaşan sürücü onu gözləmir və piyada son anda maşına çırpılmaqdan xilas olur. Hadisədən sonra piyada əli ilə ona etirazını bildirsə də, avtomobilin sürücüsü hərəkətini dayandırmadan yoluna davam edib.

Xatırladaq ki, hər bir sürücü piyada keçidinə yaxınlaşan zaman sürət həddini minumuma endirməli və keçiddən keçənlərə yol verməlidir. Əks halda o, qayda pozmaqla yanaşı həm piyadanı, həm də özünü təhlükə qarşısında qoyur. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
91
50
avtosfer.az

10Источники