Cari ilin mart ayının sonunda Azərbaycanda qeyri-işlək kreditlərin həcmi 877,1 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qeyri-işlək kreditlərin həcmi bu ilin əvvəli ilə müqayisədə 114,5 milyon manat və ya 15% artıb.
Qeyri-işlək kreditlərin 507,4 milyon manatı biznes kreditlərinin (78,6 milyon manat / 18,3% çox), 333,6 milyon manatı istehlak kreditlərinin (29 milyon manat / 9,5% çox), 36 milyon manatı ipoteka kreditlərinin (6,9 milyon manat / 23,7% çox) payına düşüb.
Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı 2,9% olub. O cümlədən, qeyri-işlək biznes kreditlərinin biznes kredit portfelində payı 3,1%, qeyri-işlək istehlak kreditlərinin isehlak kredit portfelində payı 3,5%, qeyri-işlək ipoteka kreditlərinin ipoteka kredit portfelində payı 0,8% olub.