RU

Trampdan narazıların sayı rekord qırır

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampdan narazılıq reytinqi rekord həddə - 62%-ə çatıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu, "Ipsos" tərəfindən "The Washington Post" üçün keçirilən sorğunun nəticələridir.

Nəşr qeyd edir ki, Trampdan iki prezidentlik müddəti ərzində bu qədər yüksək narazılıq səviyyəsi heç vaxt müşahidə olunmayıb. Xüsusilə, amerikalılar liderlərinin İrana qarşı hərəkətlərindən narazıdırlar (66% əleyhinə və 33% lehinə).

Bundan əlavə, ABŞ sakinləri ölkənin iqtisadi vəziyyətindən narazıdırlar. Məsələn, respondentlərin 76%-i yaşayış xərclərinin yüksəkliyindən şikayət edib. Lakin respondentlərin 45%-i prezidentin immiqrasiya siyasəti ilə bağlı işini müsbət qiymətləndirib.

Sorğu 24-28 aprel tarixləri arasında keçirilib və 2500-dən çox respondent iştirak edib. 

Xəzər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
2
cebheinfo.az

3Источники