RU

Mərkəz rəsmisi: Ən çox iş yükü məhkəmə-mühasibat və məhkəmə tikinti-texniki ekspertizalarının payına düşür

Bakı, 4 may, AZƏRTAC

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə məhkəmə ekspertizaları aparılır. Ən çox iş yükü isə məhkəmə-mühasibat və məhkəmə tikinti-texniki ekspertizalarının payına düşür.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, ədliyyə müşaviri Vüsal Məmmədov deyib.

Rəis müavini qeyd edib ki, bu səbəbdən qeyd edilən ixtisaslar üzrə ən az 10 il iş stajına malik olan və ya elmi dərəcəsi olan, habelə beynəlxalq səviyyədə tanınan diplomu, sertifikatı olan mühasiblərin və tikinti mühəndislərinin özəl məhkəmə eksperti olmaq üçün müraciət etmələri gözlənilir:“Məlumat üçün bildirim ki, 2025-ci ildə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ümumilikdə 33 minə yaxın iş daxil olub, ekspertiza qarşısında qoyulmuş 78 mindən çox suala cavab verilib”.

Избранный
38
azertag.az

1Источники