RU

Orta məktəb şagirdləri GDU nun təşkil etdiyi fənn olimpiadasında FOTO

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mayın 4-də Gəncə Dövlət Universitetində Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə olimpiada keçirilib.

Modern.az xəbər verir ki, olimpiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Bilik yarışında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəbləri üzrə 300-ə yaxın XI sinif şagirdi iştirak edib.

Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə keçirilən olimpiadaya Gəncə şəhəri ilə yanaşı Goranboy, Şəmkir, Daşkəsən, Samux və Göygöl rayonlarının orta ümumtəhsil məktəblərinin şagirdləri də biliklərini sınamaq məqsədilə qatılıblar.

Təqdim olunan suallar GDU-nun Filologiya və xarici dillər fakültəsinin təcrübəli professor – müəllim heyəti tərəfindən tərtib edilib,  şagirdlərə A və B variantında 50 test tapşırığı verilib.

Olimpiadanın sonunda şagirdlərə universitetdə tədris olunan ixtisaslar, fakültələr, GDU-nun beynəlxalq əlaqələri, Tələbə Evi haqqında ətraflı məlumat verilib. Universitetin fəaliyyətinə dair məlumat kitabçası paylanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
modern.az

1Источники