RU

AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzarətində olan Kurort ASC-yə məxsus müalicə mərkəzləri və sanatoriyaların Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına veriləcəyi deyilir...

Poliqon xəbər verir ki, bizimesr.com portalına daxil olan məlumata görə, sözügedən sanatoriyalarda çalışan həkimlərin sertifikasiyası, göstərilən müalicələrin effektivliyi və digər tibbi xidmətlərlə bağlı ciddi narazılıqlar mövcuddur.

Bu səbəbdən, müalicə proseslərinin və tibbi xidmətlərin birbaşa TƏBİB-in nəzarəti altında həyata keçirilməsinin daha məqsədəuyğun olduğu iddia olunur. 

Digər məlumatlara əsasən, “Kurort” ASC-nin fəaliyyətində aşkar edilən nöqsanlarla bağlı qurumda yoxlamalara başlanılıb. İddialara görə, ASC-yə məxsus bəzi tibbi mərkəzlər lisenziyasız fəaliyyət göstərib və ya göstərir. Tibbi xidmət göstərən müəssisələrin lisenziyasız fəaliyyəti isə ciddi qanun pozuntusu hesab olunur və bu məsələ xüsusi nəzarətdə saxlanılır.

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники