RU

Ukraynanın Belqorod vilayətində hücumu: Ölən və yaralananlar var

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə dron hücumları nəticəsində bir mülki şəxs həlak olub, yeddi nəfər yaralanıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, qubernator Vyaçeslav Qladkov bu barədə 4 mayda Telegram kanalında məlumat verib.

Şebekinski rayonunda, Batratskaya Daça kəndində bir kişi dron hücumu nəticəsində ağır yaralanıb. Tibb işçiləri onun həyatı uğrunda mübarizə aparıblar, lakin onu xilas edə bilməyiblər.

Qubernatorun sözlərinə görə, Qraivoron rayonunun Kazaçya Lisitsa kəndində bir qadın raket hücumu nəticəsində yaralanıb. Qraivoronda dron partlayışı nəticəsində Orlan bölməsinin əsgəri də yaralanıb. 

Bundan əlavə, Krasnaya Yaruqa kəndi raket hücumuna məruz qalıb və 10 yaşlı uşaq da daxil olmaqla üç nəfər yaralanıb. 

Qladkov qeyd edib ki, Şebekino şəhərində pilotsuz təyyarə şirkətin ərazisinə hücum edib. İki kişi yaralanıb.

QAZİLER.AZ

Избранный
15
1
qaziler.az

2Источники