RU

Gürcüstan Orta Dəhlizin əlaqəliliyinin gücləndirilməsində dayanıqlı irəliləyişə nail olub - Xutsişvili

Gürcüstan Orta Dəhlizin əlaqəliliyinin gücləndirilməsi istiqamətində dayanıqlı irəliləyiş nümayiş etdirir.

Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Səmərqənddə (Özbəkistan) keçirilən Asiya İnkişaf Bankının illik iclasında çıxışı zamanı bildirib,

"Region ölkələri - istər İpək Yolu, CAREC 2, istərsə də Orta Dəhliz və ya Transxəzər marşrutu çərçivəsində- əsrlər boyu dayanıqlılıq öyrəniblər və bu gün aydın olur ki, mövcud çağırışlar kollektiv və əlaqələndirilmiş səylər tələb edir. Gürcüstan strateji məqsədlərinin həyata keçirilməsində sabit irəliləyişə nail olub - Şərq-Qərb avtomobil yolunun əsas infrastrukturunu tamamlayıb, Orta Dəhlizin əlaqəliliyini gücləndirib və avtomobil, dəmir yolu, enerji və rəqəmsal infrastrukturun daha da inkişafı, həmçinin enerji təhlükəsizliyi və müstəqilliyinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı gündəmi həyata keçirir", - deyə o qeyd edib.

Xutsişvili vurğulayıb ki, qeyri-sabit qlobal mühit şəraitində Gürcüstanın prioritetləri makroiqtisadi sabitliyin qorunması, mənfi təsirlərin yumşaldılması, xarici konyunkturada mümkün dəyişikliklərə hazırlıq, eləcə də struktur islahatlarının və iri investisiya layihələrinin dayanıqlılığının təmin edilməsidir.

"Bunun nəticəsində Gürcüstan iqtisadiyyatı son beş il ərzində orta hesabla 9,3 faizdən çox artım nümayiş etdirib. Eyni zamanda bütün fiskal göstəricilər təhlükəsiz səviyyədədir (kəsir - 1,4 faiz, borc - ÜDM-in 34,4 faizi), əsaslı (kapital) xərclər isə yüksək səviyyədə saxlanılır- ÜDM-in 7-8 faizi civarında",- deyə nazir əlavə edib.

O, həmçinin Gürcüstanın dövlət və özəl sektorları əhatə edən təxminən 6 milyard dollar həcmində şaxələndirilmiş portfel çərçivəsində AİB ilə uğurlu əməkdaşlığını qeyd edib.

"Biz bu əməkdaşlığın əsas prioritet sahələr üzrə daha da dərinləşdirilməsinə ümid edirik, xüsusilə tərəfdaşlığımızın 20 illiyi ərəfəsində: nəqliyyat əlaqəliliyinin inkişafı, o cümlədən dəmir və avtomobil yolları; "yaşıl" və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi; enerji müstəqilliyini artırmaq üçün enerji saxlama sistemləri; ötürücü infrastrukturun inkişafı, o cümlədən Qara dəniz üzərindən planlaşdırılan sualtı kabel layihəsi; rəqəmsal infrastruktur; su və bələdiyyə təsərrüfatının modernləşdirilməsi; eləcə də korporativ idarəetmə islahatları. Bununla yanaşı, anlayırıq ki, daxili səylər daha sıx hökumətlərarası əməkdaşlıq, çoxtərəfli institutlar və özəl sektor vasitəsilə möhkəm beynəlxalq tərəfdaşlıqlarla tamamlanmalıdır",- deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники