Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında mühüm kadr təyinatı həyata keçirilib.
Gununsesi.info xəbər verir ki, Qarabağ müharibəsinin qazisi, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şərəflə iştirak etmiş Samir Quliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq əmri ilə məsul vəzifəyə təyin olunub.
Samir Quliyev yalnız döyüş meydanında göstərdiyi igidliklə deyil, həm də peşəkar fəaliyyəti, prinsipial mövqeyi və insan hüquqlarının qorunmasına sadiqliyi ilə seçilən əməkdaşdır. Onun həm Vətən qarşısındakı xidmətləri, həm də Ombudsman Aparatında göstərdiyi məsuliyyətli və vicdanlı fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.
Əminik ki, qazilik ruhu, vətənpərvərliyi və peşəkarlığı ilə Samir Quliyev yeni vəzifəsində də insan hüquqlarının müdafiəsi istiqamətində mühüm töhfələr verəcək, ədalət və hüququn aliliyinin təmin olunmasına layiqli xidmət göstərəcəkdir.
Bu münasibətlə dəyərli həmkarım Samir Quliyevi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Araz Əsgərli
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.