RU

Ödənişli yolda ağır qəza 4 nəfər öldü VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ödənişli yolda ağır qəza olub. Avtosfer.az xəbər verir ki, Tatarıstan Respublikasında baş verən hadisə kameraya düşüb.

Belə ki, respublika ərazisindən keçən M-12 magistralında 32 yaşlı sürücü idarə etdiyi "Hyundai Solaris" markalı minik avtomobillə hərəkətə olan zaman eyni istiqamətdə hərəkətə olan "Qazel" markalı yük maşınına arxadan çırpılıb. Zərbənin təsirindən avtomobil yük maşının altına girib.

Qəza nəticəsində "Hyundai"ın sürücüsü və avtomobildə olan üç sərnişin aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.

İlkin məlumata görə, qəzaya səbəb "Hyundai” sürücüsünün sükan arxasında yuxulaması olub.

Sürücülərin nəzərinə çatdıraq ki, uzun məsafəli yollarda yorğun və yuxulu halda sükan arxasına əyləşmək həm sizin, həm də sərnişinlərinizin həyatı üçün böyük təhlükə yaradır. Azı 2-3 saatdan bir fasilə verməyiniz tövsiyə olunur.

Sözügedən ağır yol qəzasının anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
avtosfer.az

1Источники