RU

Malidə hərbi hökumətin nəzarəti zəifləyə bilər

Malidə hakimiyyətin nəzarəti zəifləyə bilər. “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, ölkədə silahlı qruplar və üsyançıların yaratdığı koalisiya hakimiyyətə ciddi təzyiq göstərir.

Mali 1960-cı ildə Fransadan müstəqillik qazandıqdan sonra xüsusilə şimal bölgələrində tez-tez qiyamlarla üzləşib. İndiyədək dörd böyük qiyam baş verib və sonuncu ən təhlükəlisi hesab olunur. Məlumata görə, Əl-Qaidə ilə əlaqəli döyüşçülər Tuareq üsyançıları ilə birləşərək bir neçə şəhəri nəzarətə götürüblər.

2020-ci ildə baş verən hərbi çevrilişdən sonra ölkədə hakimiyyət ordunun əlindədir. Hərbi hökumət təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq üçün Rusiyadan dəstək istəyib.

Son olaraq isə Mali rəhbərliyi Fransanı ölkədəki hücumları dəstəkləməkdə ittiham edib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
29
azerbaijan-news.az

1Источники